Azərbaycan prezidenti bu gün BMT Baş Assambleyasında çıxış edəcək

  • By admin
  • 20 Sentyabr 2017 10:48

ilham-bmt

BMT Baş Assambleyasının sessiyası çərçivəsində əsas debatlar çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin bu gün çıxışı gözlənilir. 

Gununsesi.info xəbər verir ki, dövlət başçısı Nyu-York vaxtı ilə səhər saatlarında (Bakı vaxtı ilə axşam) çıxış edəcək.

Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyasının açılış mərasimi sentyabrın 12-də keçirilib.

Dövlət və hökumət başçıları və digər rəsmi şəxslərin iştirakı isə əsas debatlar sentyabrın 19-u başlayıb və 25-nə kimi davam edəcək.

Gununsesi.info