Azərbaycan Prezidenti İranın Ali Rəhbəri ilə görüşüb – YENİLƏNİB

  • By admin
  • 01 Noyabr 2017 23:07


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tehranda İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb.
“Report” xəbər verir ki, görüşdə xalqlarımız arasındakı tarixi, mədəni və dini bağlılığın ölkələrimizi bir-birinə daha da yaxınlaşdırdığı qeyd edilib.
Azərbaycan ilə İran arasındakı dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
Vurğulanıb ki, iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf etməsi üçün yaxşı imkanlar var.
***19:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tehranda İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

 

Gununsesi.info