Azərbaycan Rusiyadan 10 ədəd təyyarə alacaq - RƏSMİ

  • By admin
  • 08 İyun 2016 12:20

Cahangirr

Aleksandr Rubtsov və Cahangir Əsgərov memorandum imzalayıb

Rusiyanın “İlyuşin Finans” lizinq şirkəti və “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti 10 ədəd MS-21 təyyarəsi alınması barədə niyyət memorandumu imzalayıblar. Gununsesi.info-nun məlumatına görə, rusiya mətbuatına istinadən bildirir ki, memorandumun imzalanması mərasimində Rusiyanın Baş nazirinin müavini Dmitri Roqozin və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov iştirak edib. Sənədi “İlyuşin Finans Ko” MMC-nin baş direktoru Aleksandr Rubtsov və AZAL-ın baş direktoru Cahangir Əsgərov imzalayıblar. Qeyd edək ki, MS-21 təyyarəsi (XXI əsrin magistral təyyarəsi) “İrkut” korporasiyası tərəfindən istehsal olunur və yığılır. Bu, XXI yüzillikdə işlənib hazırlanmış ilk orta məsafəli Rusiya təyyarəsidir. Hələlik bu təyyarənin yalnız bir nüsxəsi tam yığılıb. Təyyarə iyunun 7-də rəsmi mərasimdə təqdim edilib.

 

Gülnaz Qənbərli