Azərbaycan “Tbilisi marafonu 2019”-da təmsil olunub

  • By admin
  • 29 Sentyabr 2019 21:58

Gürcüstanın paytaxtı Tbilisidə səkkizinci “Tbilisi marafonu” keçirilib.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, xeyriyyə məqsədi daşıyan marafona 2700 iştirakçı qatılıb.

Marafonun start və finiş zonası Tbilisinin mərkəzi Rustaveli prospektində yerləşən 1 saylı Gimnaziyanın qarşısında təşkil olunub. Marafonçular şəhərin mərkəzi yolları ilə 10 və 21 kilometrlik məsafələri qət ediblər.

“Tbilisi marafonu” çərçivəsində uşaqların iştirakı ilə 0,5 və 1,2 kilometr məsafəyə qaçış da keçirilib.

Marafonda Gürcüstanla yanaşı, Azərbaycan, Qazaxıstan, Ukrayna, Ermənistan və digər ölkələr də təmsil olunub. Azərbaycandan “Tbilisi marafonu – 2019”a 30-a yaxın iştirakçı qatılıb.

Azərbaycanlı marafonçulara azarkeşlik edənlər say baxımından çoxluq təşkil edib. Azərkeşlər əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutaraq azərbaycanlı yarış iştirakçılarına dəstək olublar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirlik əməkdaşları da azarkeşlər arasında olub. Azərbaycanlı yarış iştirakçıları azarkeş qrupuna dəstəyə görə təşəkkürlərini bildiriblər.

Gununsesi.org