Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olundu

  • By admin
  • 04 Aprel 2018 17:42

Təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramovun əmri ilə Sübhan Namazov Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.

Gununsesi.info xəbər verir ki, AzTU-dan apa-ya verilən məlumata görə, S. Namazov 1994-cü ildə Azərbaycan Texniki Universitetini “fərqlənmə” diplomu ilə bitirdikdən sonra AzTU-da aspirantura təhsili alaraq Almaniyanın Aaxen Texniki Universitetində (RWTH Aachen) dinləyici-tədqiqatçı olub.

2007-ci ildən texnika elmləri doktoru, 2010-cu ildən isə professor olan S. Namazov  hazırkı təyinatına qədər AzTU-nun “Metallurgiya və metalşünaslıq” kafedrasının müdiri vəzifəsində çalışıb.

Gununsesi.info