Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

  • By admin
  • 06 İyul 2018 15:16

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

İ.Popov deyib ki, həmsədrlər hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı açıq bəyanatlardan çəkinirlər:

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin incəliyini nəzərə alaraq Minsk qrupunun həmsədrləri hələlik bu mövzu ilə bağlı hər hansı açıq çıxışlardan çəkinirlər”.

İ.Popov həmsədrlərin bəyanatının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşünün yekunundan sonra veriləcəyini qeyd edib:

“Düşünürük ki, nazirlərin görüşünün keçirilmə vaxtı yaxın vaxtlarda açıqlana bilər”.

Gununsesi.info