Azərbaycan və Ermənistanın siyasi partiya təmsilçiləri arasında GÖRÜŞ KEÇİRİLDİ

  • By admin
  • 06 Oktyabr 2021 17:06

“Vyanada Ermənistandan olan siyasi partiya təmsilçiləri ilə görüşümüz baş tutdu”.

Gununsesi.info xəbər verir ki, bunu “Qarabağa dönüş” təşkilatının rəhbəri, deputat Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, görüş Avstriyanın dövlət qurumları və beyin mərkəzi nümayəndələrinin təşkilatçılığı ilə keçirilib.

T.Gəncəliyev deyib ki, görüşdə post-münaqişə dövrünə aid məsələlər müzakirə edilib.

Gununsesi.info