Azərbaycan və Gürcüstan arasında gediş-gəliş tam dayandırıldı – SƏRHƏD QAPADILDI

  • By admin
  • 07 Aprel 2020 16:16

Gürcüstanın Azərbaycanla sərhədində yerləşən bütün sərhəd-keçid məntəqələri gediş-gəliş üçün bağlanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

 Bildirilib ki, Azərbaycanda koronavirus epidemiyasının qarşısının alınması məqsədilə aprelin 5-dən 20-dək yerüsütü və hava daşınmaları dayandırılıb. Bu məhdudiyyətlər yük daşımalarına şamil olunmur.

Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü”, “Laqodexi”, “Samtskaro” və “Mtkvari” sərhəd-keçid məntəqələri fiziki şəxslərin hərəkəti üçün bağlanıb.

Qeyd edək ki, martın 25-dən yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi 10:00-dan 12:00-dək fəaliyyət göstərib

Gununsesi.org