Azərbaycan və İran müştərək avtomobil zavodunun açılış tarixi AÇIQLANDI

  • By admin
  • 13 Fevral 2018 15:58

Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun rəsmi açılışı bu ilin mart ayında baş tutacaq. 

Gununsesi.info xəbər verir ki, bunu apa-ya istinadən xəbər verir ki, bunu “İran Xodro” şirkətinin baş direktoru Haşim Yekke Zare deyib.

Baş direktor deyib ki, bu müştərək şirkət Azərbaycanla birgə yaradılıb. Qeyd edək ki, avtomobil zavodu Neftçala sənaye məhəlləsində fəaliyyət göstərəcək.

“Şirkətdə İran tərəfi 25%, Azərbaycan tərəfi isə 75% paya malikdir. Şirkət Rana və Dena tipli avtomobillər istehsal edəcək”, – deyə baş direktor vurğulayıb.

Haşim Yekke Zare qeyd edib ki, zavod fəaliyyətə başladıqdan sonra Azərbaycan tərəfi investisiya yatırarsa, bu ölkədə avtomobil hissələri də istehsal ediləcək.

Gununsesi.info