Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı oldu

  • By admin
  • 06 Noyabr 2021 17:18

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bunu C.Bayramov tvitter səhifəsində yazıb.

“İrandan olan hörmətli həmkarımla telefon danışığımız oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, – nazir bildirib.

Gununsesi.info