Azərbaycan və İran XİN rəhbərləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər

  • Müəllif: admin
  • 01 Dekabr 2017 15:38

Azərbaycan və İran xarici işlər nazirləri – Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Gununsesi.info xəbər verir ki, görüş zamanı nazirlər nəqliyyat layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məqsədilə Moskvada keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin qarşıdakı görüşü müzakirə olunub.

Gununsesi.info