Azərbaycan və Macarıstan arasında sənəd imzalandı

  • Müəllif: Firuzə
  • 05 Sentyabr 2025 17:36

Budapeşt şəhərində keçirilən Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclası çərçivəsində üç sənəd imzalanıb.

Gununsesi.info-ya bu barədə Maliyyə Nazirliynə istinadən xəbər verir.

İmzalanan sənədlər arasında – Birgə Komissiyanın XI iclasının nəticələrinə dair protokol, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün Fəaliyyət Planı, Azərbaycan Tibb Universiteti, Macarıstanın PECS Universiteti, “SCANDENS PHARMACEUTICALS INDUSTRIES LTD.” və “PANNONPHARMA” arasında Anlaşma Memorandumu var.

Protokolu komissiyanın həmsədrləri – Azərbaycanın maliyyə naziri Sahil Babayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar. Digər sənədlərə isə hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri imza atıblar.

Gununsesi.info