
Azərbaycan və Rusiya XİN rəhbərləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, nazirlər Xəzəryanı dövlətlərin 5-ci sammitinə dair hazırlıq işini müzakirə ediblər.
Qeyd edək ki, sammitin cari ildə Qazaxıstanda keçirilməsi nəzərdə tutulur. Sammitdə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanacağı gözlənilir.
Gununsesi.info










