“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” səhmlərini beynəlxalq birjalara çıxara bilər

  • By admin
  • 25 İyun 2018 17:27

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC uzunmüddətli perspektivdə səhmlərini beynəlxalq birjalara çıxarmağı planlaşdırır.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, bunu QSC-nin sədri Rauf Vəliyev Dənizçilər gününə həsr olunan tədbirdə deyib.

O bildirib ki, ümumilikdə QSC beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq niyyətindədir. Son illərdə bu istiqamətdə nailiyyətlər əldə olunub:

“Biz qısa müddətdə korporativ idarəetmə sistemini tətbiq etdik. Bizim maliyyə hesabatımız beynəlxalq standartlar əsasında tərtib olunub və hər kəs üçün əlçatandır”.

 R.Vəliyev qarşıya qoyulan məqsədlərə çatmaq üçün dövlət dəstəyinin əhəmiyyətini qeyd edib:

“Dövlətə müraciətimiz heç vaxt cavabsız qalmayıb. Xəzər Dəniz Gəmiçiliyi də öz növbəsində, dövlətə maksimum gəlir gətirmək istəyir”.