“Azərbaycan xalqının etnik kimliyi ilə bağl kimsə nə tarix axtarsın, nə tarixi araşdırsın” - MƏLAHƏT İBRAHİMQIZI

  • Müəllif: admin
  • 03 Mart 2017 16:09

melahet2

“Məncə, istər Azərbaycanın daxilində, istərsə də xaricində kimsə Azərbaycan xalqının etnik kimliyi ilə bağlı nəsə bir mülahizə,  ya nəsə fikrini bildirmək istəyəndə hesab edirəm ki, nə tarix axtarsın, nə tarixi araşdırsın, nə etnoqrafiya, nə antropologiya. Bu gün çağdaş dövlətimizin qurucusu Ulu Öndər Heydər Əlyevin Azərbaycan və Türkiyə dostluğuna və qardşlığı haqqında dediyi “Biz bir millət, iki dövlətk” fikri, hesab edirəm, bütün elmi araşdırmalara cavabdır. Hesab edirəm ki, bu fikir Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının pasportudur”.

Bu haqda Gununsesi.info-ya millət vəkili Məlahət İbrahimqızı  deyib.

Millət vəkili bildirib ki, bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin  və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakıyla  keçirilən Azərbaycan-Türkiyə Diasporunun I qrultayında  dövlət başçısının səsləndirdiyi fikir bu cür danışanlara kəsərli cavabdır.

“Hesab edirəm, bu fikir də növbəti elmi araşdırmaların gələcəkdə  istər Azərbaycanı sevənlərə, istərsə də sevməyənlərə cavabıdır ki, bir millətin iki diasporu ola bilməz. Ona görə də bu insanlar istər özlərinin, istər xalqımızın,  istərsə də Azərbaycanda yaşayan insanların kimliyi ilə bağlı nəsə   düşünəndə Ulu Öndər Heydər Əliyevin irsinə nəzər yetirsə və yaxud da,  Prezident İlham Əliyevin səsləndirdiyi, bizlər üçün  Yol Xəritəsi kimi göndərdiyi mesajlara, çıxışlara baxsa,  yaxşı olar. Zaman-zaman Azərbaycan  tarixində olub ki, kimlərsə Azərbaycanda yaşayan insanların, müxtəlif millətlərin arasında onların etnik kimliyi ilə bağlı qarşıdurma yaratsın. Bu, sovet imperializminin də xüsusiyyətlərindən biri olub. Yəni, “parçala, hökm sür” siyasətidir.

arif

Bu gün də həmin o ssenarini yazanlar Azərbaycandakı bu sabitlikdən, əmin-amanlıqdan  narazılıq yaratmaq istəyirlər. Lakin bu, qətiyyən mümkün deyil. Ona görə ki, Azərbaycanın ərazisində yaşayan  bütün xalqlar, millətlər və azlıqlar qardaşdırlar. Biz o qədər doğmayıq ki, burada, ətlə dırnaq necə ayrılmazdırsa, biz də eləyik. Bu gün Azərbaycanın ən ağrılı problemlərindən biri də Qarabağ problemidir. Qarabağ torpaqları uğrunda,  daha doğrusu, ərazi bütövlüyü, Vətənimiz, dövlətimiz,  dövlətçiliyimiz  və bayrağımız  uğrunda  canından keçən, yəni, Azərbaycanda yaşayan çoxsaylı xalqıarın nümayəndələri var. Onların hər biri bizim göz bəbəyimizdir.

Bu şəhidlər hər birimizin övladımızdır. Bu gün Azərbaycanda  böyük etnik kimlikləri qabartmaqla, hansısa narahatçılıq yaratmaq istəyən qüvvələr nəhayət, anlamalıdırlar ki,  ölkəmizin, xalqımızın, zəngin mədəniyyətimizin  və incəsənətimizin yaranmasında-hansı kı Azərbaycan mədəniyyəti dünya sivilizasiyasına töhfədir-bu məmləkətdə yaşayan bütün xalqların payı, zəhməti var.  Yəni, bu mədəniyyətin zənginliyində – istər musiqimiz olsun, istərsə  incəsənətimiz, tariximiz, dövlətçiliyimiz  olsun, bütün sahələrdə əgər bu gün Azərbaycan bəşər mədəniyyətinə hansısa töhfəni veribsə, bu töhfənin yaranmasında bu ərazidə yaşayan ən xırda xalqın və etnik təmsilçinin də böyük zəhməti və əməyi var. Ona görə də bir daha  deyirəm ki, Azərbaycanın ən gözəl ilmələri olan  xalçaya, ən gözəl gül-çiçəklə bəzədilmiş gülüstana bənzətmək olar”- deyə, o, bildirib.

melahet

Gununsesi.info