Azərbaycan XİN və ya digər qurumlar Rusiyaya öz iradını bildirməlidir - MİLLƏT VƏKİLİ

  • Müəllif: admin
  • 01 Fevral 2018 13:56

Parlamentin bugünkü iclasında deputat Rusiyaya irad bildirilməsini təklif edib.

Gununsesi.info xəbər verir ki, deputat Nəsib Məhməliyev Rusiyada çapdan çıxan “Strana mira” kitabında Qarabağın müstəqil dövlət kimi göstərilməsi ilə bağlı bu ölkəyə rəsmi irad bildirilməsini təklif edib:

“Rusiyada “Strana mira” kitabı çıxıb və orada dünyada heç bir ölkə və beynəlxalq qurum tərəfindən müstəqil qurum kimi tanınmayan Qarabağ müstəqil dövlət kimi göstərilib”.

Deputat vurğulayıb ki, bununla bağlı Azərbaycan XİN və ya digər qurumlar Rusiyaya öz iradını bildirməlidir.

Mürtəza

Gununsesi.info