“Azərbaycana qarşı qarayaxma kampaniyası bir mərkəzdən yönləndirilir” - DEPUTAT

  • By admin
  • 06 Sentyabr 2017 13:36

sahib aliyev smile

“Əgər nəzər alasaq ki, son günlər başladılan qarayaxma kampaniyasına xeyli sayda qlobal çirkab maşını qoşulub, demək, istənilən elə-belə şey olmayıb və bütün bunlar bir mərkəzdən yönləndirilir. O mərkəzdən ki, onlar öz maraqlarından başqa maraq tanımır. Həmin maraqlar reallaşanda bunun nəyə aparıb çıxardığını isə biz indi xaos girdabında çabalayan bir çox ölkələrin təcrübəsində görürük”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev son günlərdə Qərb mediasında Azərbaycana qarşı aparılan kampaniyanı şərh edərkən deyib.

Onun sözlərinə görə, Amerika prezidenti Donald Trampın bəzən “qlobal media”, bəzən də “beynəlxalq KİV” adlandırılan qəzet, televiziya və agentliklərin saxta informasiya yaymaq üzrə ixtisaslaşmaları haqda açıqlamalarını yəqin xatırlayanlar var. “Tramp bununla əslində Amerika kəşf etmirdi, Amerikada və bir çox başqa Qərb ölkələrində qlobal media funksiyasını yerinə yetirənlərlə bağlı reallığı dilə gətirirdi. Bu cür media qurumlarının əksəriyyəti çirkin işlərlə uğraşan, Soros kimi dələduzluğu, yaramazlığı, təəssüf ki, çox zaman təsiri də sərhəd tanımayan çevrələrə bağlıdırlar və onların sifarişlərini yerinə yetirirlər ki, onu da indi bilməyən yoxdur.

Ona görə də bu qəbildən olan mediada, məsələn, “Washington Post”, “The Guardian” və digərlərində Azərbaycanla bağlı mənfi yazılar oxuyanda ikili hiss keçirirəm. Təbii ki, özün haqda böhtan səndə müəyyən narazılıq yaratdığı kimi, bir parçası olduğun məmləkətin haqda böhtan da, o cür reaksiya doğurur. Ancaq eyni zamanda buna sevinirəm də. Ona görə sevinirəm ki, deməli, Azərbaycan hakimiyyəti milli maraqları əsas götürərək həmin mənfur çevrələrin yenə də hansısa istəklərini rədd edib”- deyə, S.Alıyev vurğulayıb.

“Onu da görürük ki, həmən medianın göyərçin kimi təqdim edib, Nobel Sülh ödülü verdirib Myanmarın prezidenti seçdirdiyi Aung San Suu Kyi indi minlərlə müsəlmanı orada necə öldürtdürür” deyən millət vəkili bunları əlavə edib: “Maraqlıdır, görəsən həmən “Washington Post” və digər çirkab maşınları nədən Myanmarda məhv edilən on minlərin yox, bizdə konkret cinayətlərdə suçlandırlan bir neçə adamın “qayğı”sına qalır, bunu qlobal problem kimi təqdim etməyə çalışırlar? Niyə Pentaqonun dənizi olmayan Əfqanıstana dəniz gözətçi qayıqlarının alınması adıyla sildiyi pulların hara getdiyini, guya İraqa xərcləndiyi bildirilən 2 trilyonun neçə faizinin mənimsənildiyini və bu qəbildən olan onlarla qaranlıq məsələləri deyil də, 2,3 milyardlıq uydurmanı araşdırırlar?”

Mürtəza

Gununsesi.info