Azərbaycanda “əmlak davaları” çoxalır

  • By admin
  • 19 Avqust 2019 15:14

Azərbaycanda əmlak hüquqları ilə bağlı mübahisələr məhkəmə qaydasında da tam həll edilməmiş qalır.

Gununsesi.org xəbər verir ki, Azərbaycanın birinci instansiya məhkəmələrində 2015-ci ildə əmlak mübahisələri ilə bağlı 3909 işə baxılıb. Onlardan 2239-u barədə qətnamə çıxarılıb, 1835 iddia təmin edilib. Mahiyyəti üzrə baxılmadan isə 1670 qərar çıxarılıb.

2016-cı ildə isə 3159 işə baxılıb, 1690-ı barədə qətnamə çıxarılıb. 1311 iddia təmin edilib. 1469 iş barəsində isə mahiyyəti üzrə baxılmadan qərar çıxarılıb.

2017-ci ildə 3663 işə baxılıb, 1939-u barədə qətnamə çıxarılıb, 1497 iddia təmin edilib. 1724 işə dair isə mahiyyəti üzrə baxılmadan qərar çıxarılıb.

Ötən il isə 4078 işə baxılıb, 2118-i haqqında qətnamə çıxarılıb, 1622 iddia təmin edilib. Mahiyyəti üzrə baxılmadan çıxarılan qərarların sayı isə 1960-dır.

Gununsesi.org