Azərbaycanda ər arvadını amansızlıqla döydü – Cinayət işi açıldı

  • By admin
  • 17 Noyabr 2021 15:34

Bir neçə gün əvvəl Salyan rayonu Qarabağlı kənd sakini Fərqanə Bayramova ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.

Gununsesi.info xəbər verir ki, ilkin araşdırmalar zamanı gənc qadının əri Elnur Qurbanov tərəfindən vəhşicəsinə döyülməsi, müxtəlif ağır xəsarətlər alması, habelə sümüklərinin qırılması müəyyən edilib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb, hadisəni törədən şəxs saxlanılıb.

Gununsesi.info