
Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, 76-cı məhəllədə yerləşən avtomobil təmiri sexinin yaxınlığındakı qamışlıqda 23 yaşlı Taleh Babazadəni bıçaqlayaraq öldürən Teymur Sadıqovun 18 yaşında olması məlum olub.
Bildirilir ki, Teymur bir müddət əvvəl Sumqayıtda bir qızla tanış olaraq onunla yazışmağa başlayıb. Bu günlərdə qız Teymura keçmiş sevgilisinin onu narahat etdiyini deyib. Bundan sonra Teymur qızın keçmiş sevgilisi olan Taleh Babazadəni axtarıb və onu söhbətə çağırıb. Məlum cinayət də həmin söhbət zamanı baş verib. Teymur Sadıqov hadisədən sonra doğulduğu Gədəbəy rayonuna getməyə çalışsa da, Şəmkir ərazisində tutulub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
*****
12:02
Sumqayıtda törədilmiş qətlin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 27-də Sumqayıt şəhəri ərazisindən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.
Sumqayıt ŞPİ və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. Şəmkir rayonu ərazisində tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
*****
8:24
Sumqayıt şəhərində qətl törədilib. Lent.az xəbər verir ki, hadisə 76-cı məhəllədə yerləşən avtomobil təmiri sexinin yaxınlığındakı qamışlıq ərazidə baş verib. Şəxsiyyəti hələlik tam məlum olmayan şəxs Astara sakini, 23 yaşlı Taleh Babazadəni bıçaqlayaraq öldürüb.
Bildirilir ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib. Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.
Faktla bağlı cinayət işi açılıb.
Gununsesi.info









