Azərbaycanda 31 nəfər qidadan zəhərlənib, 1 NƏFƏR ÖLÜB

  • Müəllif: admin
  • 12 Dekabr 2016 14:50

zeher-1

Bu ilin noyabr ayında Azərbaycanda 26 qida zəhərlənməsi faktı qeydə alınıb.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən Gununsesi.info-ya verilən xəbərə görə, nəticədə 31 nəfər zərər çəkib. Ötən ay qeydə alınan 3 botulizm hadisəsi nəticəsində isə 9 nəfər zəhərlənib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib.

Bu ilin 11 ayında Azərbaycanda qeydə alınan 573 qida zəhərlənməsi nəticəsində 848 nəfər zərər çəkib. Yanvar-oktyabr aylarında 33 botulizm hadisəsi nəticəsində 46 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsindən 2 nəfər ölüb.

Gununsesi.info