Azərbaycanda 3705 nəfər koronavirusa yoluxdu, 32 nəfər vəfat edib

  • By admin
  • 26 Noyabr 2020 19:17

Ötən sutka Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 3705 yeni hal aşkarlanıb. 1609 nəfər müalicə olunub, 32 nəfər vəfat edib. Bu barədə noyabrın 26-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib. Bu göstərici növbəti antirekord olub.

Ölkədə yoluxanların ümumi sayı 106101-ə çatıb, 68273 nəfər müalicə olunub, 1256 nəfər vəfat edib. Aktiv xəstə sayı 36273  nəfərdir.

Ötən sutka ərzində 19178, pandemiya dövründə 1665832 test keçirilib.-

 

Gununsesi.org