Azərbaycanda ABŞ-da yaşamaq uğurunda qızğın yarış?! "Green Card" viza lotereyasının 2017-2018-ci il nəticələri açıqlandı

  • By admin
  • 06 May 2017 20:32
bizimyol
ABŞ-ın “Green Card”  viza lotereyasının 2017-2018-ci il nəticələri açıqlanıb. Bizimyol.info xəbər verir ki, son günlərdə “Facebook”da gənclərin bu haqda paylaşımları hamının diqqətini çəkib.
Gununsesi.info bizimyol.info-ya istinadən xəbər verir ki, uzun müddətdir gözləmə vəziyyətində olan gənclər ABŞ-a viza udman üçün həvəslə gözləyirdilər.
Yazılan statuslardan məlum oldu ki, kimisinin ümidi boşa çıxıb, kimisi qalib olmasına baxmayaraq imtina edib.
 
Bəhs edilən green card ( yaşıl kart) haqqında nələr bilirik? 
ABŞ hazırda illik viza lotereyasını keçirir. Bu lotereya ölkəyə 1995-ci ildən bəri yarım milyon immiqrantın gəlməsi ilə nəticələnib. Ancaq prosesin gələcəyi şübhəlidir. Həm ABŞ Nümayəndlər Palatası, həm də Senat proqrama maliyyə vəsaiti ayrılmasının aradan qaldırılması haqda qərar qəbul edib. Amerika Birləşmiş Ştatlarında yaşamaq istəyən əcnəbi millətlər 2009-cu il Mühacir Viza proqramında iştirak etmək üçün onlayn üsulla müraciət ediblər. Ərizələrin doldurulmasının son tarixi dekabrın 2-si olub. Hər il Dövlət Departamenti proqramı “Green card” lotereyası adlanan 50 min daimi sakinlik vizası verir.
1990-cı ildə yaranan lotereyanın məqsədi Birləşmiş Ştatlarda immiqrantlarının sayının az olan dövlətlərdən insanları ölkəyə gətirməkdir. ABŞ-da ziddiyyətlərə səbəb olan lotereya dünyada son dərəcə böyük populyarlığa malikdir. Keçən il çoxu Asiya və Afrikadan olmaqla müraciət edənlərin sayı 6,4 milyondan çox olub.Viza xidmətinin şöbəsinin rəhbərinin yardımçısı Toni Edson bildirmişdi ki, konqres bu proqramı yaratmaqla ABŞ-da mühacir əhalinin tərkibini genişləndirməyə çalışıb: “Proqram ABŞ-da mühacirlərinin sayı az olan ölkələrdən immiqrasiyalara icazə verməyi nəzərdə tutur.”
Qeyd edək ki, proqram çərçivəsində 9800-ə yaxın insan Birləşmiş Ştatlara gəlib.
Necə müraciət etməli? 
“Green Card”-da Azərbaycan qitə olaraq Avropaya aid edilib, qalib gəlmə ehtimalı Afrikadan sonra 2-ci qitə (Avropa) olaraq öz şanslarını saxlayır. Hər ölkədə nə qədər çox şəxs qeydiyyatdan keçərsə, həmin ölkədə şəxslərin qalib gəlmə ehtimalı yüksəlir və həmin ölkəyə növbəti illərdə daha çox yer ayrılmasına səbəb olur. Azərbaycandan hər il 300-400 şəxs qalib gəlir.
Qeydiyyat bu adda internet portallarında keçirilir. Qeydiyyatın ödənişli və ödənişsiz olmaqla 2 forması mövcuddur. Ödənişsiz qeydiyyat qalib gəldiyiniz halda bütün xərcləri siz ödəməli olacaqsınız. Ödənişli qeydiyyat isə 50 manat məbləğindədir. Qalib gəldiyiniz halda bütün xərclər şirkət tərəfindən ödənilir. Ödənişli qeydiyyatdan keçdiyiniz halda qalib gəlməsəniz, ödədiyiniz 50 manatı geri ala bilməzsiz.
Bilet pulu ödənişli qaliblərə pulsuz verilir, istədiyiniz ştatda sizə iş və ev (kirayə) tapılmagında, dil kursuna yazılmaq istənildikdə və s. köməklik edilir. İngilis dili bilməyən şəxslər və ya ali təhsili olmayan şəxslər də daxil olmaqla 18 yaşdan yuxarı hər kəs müraciət edə bilər.Bu bir loteriyadır və bu oyunda hamının şansı bərabər oldugu kimi, burada da hər kəs eynidir. “Green Card”-ı başqa yollarla əldə etmək qeyri-mümkündür. Qalib gəlmədiyiniz halda növbəti il üçün yenidən qeydiyyatdan keçmək lazım deyil, siz qalib gələnə qədər hər dəfə lotoda iştirak edəcəksiniz.
Qalib gələn şəxslər növbəti il yola salınır, yox əgər siz getmək istəmirsinizsə, sizi heç kəs məcbur göndərə bilməz. 18 ay vaxtınız olur. Həmin müddətdə Amerikada ən az 1 həftə gedib yaşayan şəxslər Amerika vətəndaşlarıyla eyni hüquqa malik olurlar. Və istənilən zaman viza olmadan gedib-gələ bilərlər. Həmin şəxlərin ailəsi də asanlıqla Amerikaya gələ bilər. Green card-ı qazanan şəxslərin yalnız səsvermə hüququ olmur. Lakin 5 il sonra Amerika vətəndaşlıgını alaraq səsvermə hüququna da malik ola bilərsiz. Əgər daimi orda yaşamaq istəmirsizsə belə, arada Amerikaya gedərək, kartınızı aktiv saxlaya bilərsiniz. Arzular ölkəsi olan Amerikada yaşamaq əksər insanın xəyalıdır və bunu reallaşdırmaq sizin hər birinizin əlinizdədir. Almasanız, sizin kartınız istifadə müddətini sonlandırır.
Hansı sənədlər lazımdır?
Müraciət üçün heçbir sənəd tələb edilmir. Sadəcə 600×600 ölçülərində fotoşəkil tələb olunur və Online müraciət forması doldurularkən istifadə olunur.
Fotoşəkil üçün bəzi qaydalar mövcuddur. () .
Həmin səhifədə sağ tərəftə qeyd edilən START PHOTO TOOL bölməsinə daxil olaraq çəkdiyiniz şəkli təlimata uyğun tənzimləyib yadda saxlayaraq müraciətinizdə istifadə etməyiniz məsləhətdir. Çünki bu təlimata uyğun olmayan fotoşəkil müraciətinizin diqqətə alınmamasına gətirib çıxara bilər.
Gununsesi.info