Azərbaycanda ailə faciəsi - ANA VƏ KÖRPƏ OĞLU ÖLDÜ

  • Müəllif: admin
  • 13 Fevral 2017 10:10

demqazi

Bakının Binəqədi rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.
Gununsesi.info xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan, 1981-ci il təvəllüdlü Gülnarə Əfqan qızı Kərimova və onun oğlu, 2008-ci il təvəllüdlü Murad İlyas oğlu Kərimov yaşadıqları evdə dəm qazından boğulub.
Digər hadisə isə rayonun Azadlıq prospekti ev  187, mənzil 40 ünvanında qeydə alınıb. Orada yaşayan, 1978-ci il təvəllüdlü İlqar Mustafayev dəm qazından boğularaq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gununsesi.info