Azərbaycanda avtobus və avtomobil toqquşub - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 04 Aprel 2018 08:25

Qazaxda avtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, qəza Bakı-Qazax-Tbilisi magistral yolunun, Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtobusun “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Qazax Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info