Azərbaycanda bayram gecəsi dəhşətli hadisə - Gənc oğlan öldü

  • By admin
  • 02 Yanvar 2021 19:16

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, hadisə dekabrın 31-də saat 22:00 radələrində Sabirabad şəhəri ərazisində qeydə alınıb.

Xaçmaz rayon sakini T.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobili daş hasara vurub.

Nəticədə, sürücü və sərnişini, İmişli rayon sakini, 28 yaşlı Toğrul Şükürzadə xəsarətlərlə xəstəxanaya yerləşdirilib, T.Şükürzadə yanvarın 1-də orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Gununsesi.info