Azərbaycanda böyrək almış orqan taciri SAXLANILDI

  • Müəllif: Firuzə
  • 24 Dekabr 2025 11:50

İnsan orqanlarının ticarəti ilə məşğul olan ukraynalı qadın Polşadan Qazaxıstana ekstradisiya edilib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, 2017-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayına qədər qadın “qara bazar”da yenidən satış üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Tailand və Özbəkistanda qanunsuz olaraq insan böyrəkləri alıb.

Ukrayna vətəndaşının 5 il beynəlxalq axtarışda olduğu və bu yaxınlarda Polşada təsadüfən aşkar edilərək saxlanıldığı bildirilir. Qazaxıstan məhkəməsi 35 yaşlı qadını qiyabi olaraq 12 il həbs cəzasına məhkum edib.

Gununsesi.info