Azərbaycanda DƏHŞƏT:  iki yeniyetmə qız faciəvi şəkildə öldü

  • By admin
  • 06 Sentyabr 2021 16:59

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə 06.09.2021-ci il tarixində Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Bu barədə Gununsesi.info-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info