Azərbaycanda dəhşətli hadisə - ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRDÜ

  • Müəllif: admin
  • 19 May 2019 13:40

Saatlı rayonunda intihar hadisəsi baş verib.

Rayonun 1939-cu il təvəllüdlü Mustafabəyli kənd sakini Diyadov Azər Yusif oğlu özünü tüfənglə vurub.

Hazırda hüquq-mühafizə orqanları və təcili tibbi yardım stansiyasının əməkdaşları hadisə yerinə cəlb olunub.

Mərhumun astma xəstəsi olduğu və ağrılara dözməyərək özünü güllələdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Gununsesi)