Azərbaycanda dəhşətli “yol terroru” 5 ÖLÜ, 15 YARALI

  • By admin
  • 23 Oktyabr 2017 10:54

QEZA

İstirahət günləri respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Gunusesi.info-ya verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 18 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Ölümlə nəticələnən yol qəzalarından 5-i piyadaların vurulması ilə bağlıdır. Həmin qəzalarda 4 piyada həyatını itirib.

Gununsesi.info