Azərbaycanda doğum azalır

  • Müəllif: Orxan
  • 19 Mart 2026 12:36

2026-cı ildə Azərbaycan əhalisinin sayı 2 min 807 nəfər artıb.

Gununsesi.info-nun sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, 2026-cı ilin 1 yanvar tarixindən 15 mart tarixinədək Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən 13 683 uşağın doğumu, 10 876 şəxsin isə ölümü qeydə alınıb.

Ötən ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22 119 doğulan körpə və 14 172 ölüm halı qeydə alınmışdı.

Xatırladaq ki, 2024-cü ildə ölkə əhalisinin sayı 44 100 nəfər, 2025-ci ildə isə 37 min 462 nəfər artıb.

Gununsesi.info