Azərbaycanda doğuş zamanı daha bir körpə ÖLDÜ

  • By admin
  • 22 Avqust 2017 13:28
dogus
Şəmkirdən doğuşdan sonra körpə ölümü baş verib.
Gununsesi.info bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1996-cı il təvəllüdlü Babayeva Aynur Rasim qızı avqustun 20-də Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Doğum evində oğlan uşağı dünyaya gətirib. Uşaq ötən gecə xəstəxanada ölüb.
Məlumata görə, bu, A. Babayevanın ilk övladı olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gununsesi.info