Azərbaycanda dollara tələb azalıb

  • By admin
  • 05 May 2020 17:32

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Gununsesi.org Mərkəzi Banka istinadən xəbər verir ki, ABŞ dollarına tələb aprelin 30-na nisbətən 6,3 milyon ABŞ dolları və yaxud təxminən 9,1% azalaraq 62,9 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Gununsesi.org