Azərbaycanda FACİƏ: müəllim "Son zəng" zamanı öldü

  • By admin
  • 14 İyun 2018 14:29

 Tovuzda “Son zəng” tədbirində ölüm hadisəsi baş verib.
Gununsesi.info APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.
 Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.