Azərbaycanda gəlin toyunda “Vağzalı” əvəzinə Çempionlar Liqası himni səsləndirildi – Video

  • By admin
  • 13 Yanvar 2020 18:57

Qadın millimizin futbolçusu Manə Mollayeva kişilərdən ibarət əsas yığmanın inzibatçısı Əli Davudovla ailə həyatı qurub. Azərbaycan millimi komandasının futbolçusu Manə Mollayevanın toyunda maraqlı anlar yaşanıb.

Gununsesi.org xəbər verir ki, Rusiyanın “Ryazan” klubunun 21 yaşlı futbolçusunun toy mərasimi Bakıdakı şadlıq saraylarından birində təşkil edilib.

 Toyda “tort kəsmə” mərasimində maraqlı anlar yaşanıb. Futbolçunun top formasında olan tortu kəsilən zaman Çempionlar Liqasının himni səsləndirilib.

Qeyd edək ki, M.Mollayeva kişilərdən ibarət əsas yığmanın inzibatçısı Əli Davudovla ailə həyatı qurub.

 

 

 

 

 

 

Gununsesi.org