Azərbaycanda görünməmiş olay- HÖKMÜ QANUNİ QÜVVƏYƏ MİNMƏYƏN YUNİS SƏFƏROV QOBUSTANA ETAP OLUNDU

  • By admin
  • 21 Sentyabr 2021 15:55

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Yunis Səfərov Qobustan Qapalı Həbsxanasına etap olunub.

Bu barədə Gununsesi.info-ya Yunisin yaxınları bildirərək, əlavə edib ki, Penitensiar Xidmətin bu addımı qanunsuzdur.

Çünki, Yunis Səfərov barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verdiyindən, birinci instansiya məhkəməsinin hökmü qanuni qüvvəyə minməmiş sayılır.
Onun cəzaçəkmə müəssisəsinə etap olunması üçün Apellyasiya Məhkəməsinin hökmü lazımdır.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov isə Gununseai.info-nun əməkdaşına bildirib ki, məzuniyyətdə olduğundan bu barədə danışa bilməyəcək.

Qeyd edək ki, Yunis Səfərov Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cinayətində ittiham olunur.

Günay
Gununsesi.info