Azərbaycanda günəş enerjisi istehsalı 6%-dən çox artıb

  • By admin
  • 21 May 2020 19:10

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 727,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Gununsesi.org-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14%-lik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 2,5artaraq 99,9 milyon manat təşkil edib.

Ötən dörd ay ərzində Azərbaycanda 8,milyard kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 4,7% çoxdur.

Bunun 334,1 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 25,6% azdır.

Bunun 8 milyard kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin 4 ayının göstəriciləri ilə müqayisədə 7% çoxdur.

Hesabat dövründə Azərbaycanda 33,6 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin 4 ayının göstəriciləri ilə müqayisədə 17% azdır.

Yanvar-aprel aylarında ölkədə 12,9 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 6,1çoxdur.

Gununsesi.org