Azərbaycanda İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

  • By admin
  • 02 Mart 2023 13:06

Azərbaycanda İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb.

Bu barədə Zaqatala Rayon Prokurorluğu məlumat yayıb.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Gununsesi.info