Azərbaycanda illik inflyasiya faizi açıqlandı – RƏSMİ

  • By admin
  • 30 İyul 2020 13:22

“Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son toplantısından keçən dövrdə illik inflyasiya hədəf intervalından aşağıda qalıb”.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iyun ayında 0,3 faiz defilyasiya baş verib:

“İllik inflyasiya isə 3,3 faiz təşkil edib. Ərzaq qiymətləri ötən ay 1,5 faiz aşağı düşüb. Bu dövrdə qeyri-ərzaq məhsulları 0,1 faiz, xidmətlər isə 0,9 faiz bahalaşıb”.

E.Rüstəmov qeyd edib ki, real sektorun müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini göstərir:

“Bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5 faiz intervalında formalaşacaq”.

Gununsesi.info