Azərbaycanda insan hüquqlarının durumu BMT-də müzakirəyə çıxarıldı

  • Müəllif: admin
  • 20 Oktyabr 2016 17:58

bmt

BMT-də Azərbaycandakı insan hüquqları ilə bağlı müzakirələr başlanıb.  Bu barədə Gununsesi.info-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədov məlumat verib.  Onun sözlərinə görə, bu gün Bakı vaxtı ilə saat 17.00-da Cenevrədə BMT İnsan Hüquqları üzrə Ali Komissarın ofisində , təşkilatın İnsan Hüquqları Komitəsinin 118-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın icrası üzrə 4-cü dövrü hesabatı üzrə hesabatının təqdim olunmağa başlaıb. Toplantıda Azərbaycan nümayəndə heyəti də iştirak edir. Azərbaycn xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılığı ilə nümayəndə heyəti Cenevrədədir. Nümayəndə heyətinə digər nazirliklərin, Baş Prokurorluğun nümayəndələri iştirak edir.Azərbaycan sonuncu dəfə 3-cü dövrü hesabatı 2009-cu ilin yayında təqdim edilib. Növbəti gün Azərbaycan üzrə sessiya başlayacaq.

Gununsesi.info