Azərbaycanda iş adamını DÖYDÜLƏR

  • By admin
  • 05 Dekabr 2017 17:06
Mingəçevir şəhərində iş adamını döyən şəxslər saxlanılıb.
Gununsesi.info report-a istinadən xəbər verir ki, dekabrın 1-də Mingəçevir Mərkəzi xəstəxanasından şəhər sakini Elşən Əliyevin müxtəlif bədən xəsarətləri ilə daxil olması barədə Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) məlumat verilib. Polis əməkdaşları araşdırmalar apararkən E.Əliyev izahatında özünə məxsus çörək sexinin qarşısında dayanarkən bir qrup şəxsin hücumuna məruz qaldığını, nəticədə xuliqanlıq zəminində döyüldüyünü bildirib.
Məlumatın yoxlanması məqsədi ilə polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində fakt öz təsdiqini tapıb və hadisəni törədənlərin şəhər sakinləri Emin və Elmir Cəfərov qardaşları, Eltac Mahmudov, Müğdət Səmədli, Zülfüqar Ramazanov və Tunar Əlizadə olduğu müəyyən edilərək saxlanılıblar.
Gununsesi.info