Azərbaycanda kirayənişindən ev sahibinə qarşı ŞOK CİNAYƏT - Toya gedən kimi...

  • By admin
  • 05 Avqust 2021 14:43

Tovuz rayon sakini olan bir qadın ona məxsus evdən nağd pulun oğurlanması barədə polisə müraciət edib.

Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, hüquq-mühafizə orqanının əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2550 manat pul oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, həmin evdə kirayənişin qalan Fariz İsgəndərov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs ev sahibinin toy mərasiminə getdiyini, əvvəlcədən evdə pul olduğunu bildiyini və pəncərədən daxil olaraq pulu oğurladığını etiraf edib.

F. İsgəndərov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info