Azərbaycanda könüllü tibbi sığorta üzrə ödənişlər 11% azalıb

  • By admin
  • 05 İyun 2021 20:08

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü tibbi sığorta üzrə 66,485 milyon manat sığorta haqqı toplanılıb.
Gununsesi.info Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azdır.

Hesabat dövründə bu növ sığorta üzrə ödənişlər isə 20,774 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 10,9% azdır.

4 ay ərzində tibbi sığorta üzrə yığımlar ümumi yığımların 19,6%-ni, ödənişlər isə ümumi ödənişlərin 11,55%-ni təşkil edib. Bu nisbətlər ötən ilin eyni dövründə müvafiq olaraq 20,2% və 22,1% təşkil edib.

Gununsesi.info