Azərbaycanda koronavirusa yoluxanlar üçün daha altı xəstəxana tikiləcək

  • By admin
  • 08 Aprel 2020 15:33

Aprelin 7-də prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Gununsesi.org bildirir ki, sənəddə hər biri 200 çarpayılıq modul tipli altı xəstəxananın inşası nəzərdə tutulur.

Bu tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 14,8 mln. manat (9 mln. dolarla yaxın) ayrılacaq.

Bundan öncə dövlət başçısı ölkənin müxtəlif bölgələrində 20-dən çox xəstəxanada koronavirus xəstələrinin müalicəsi barədə məlumat vermişdi.

Yoluxmuş şəxslərin xəstəxanaya yerləşdirilməsi üçün Bakı, Qazax, Goranboy və Şəmkir rayonlarında yenidən inşa edilmiş 4 xəstəxana ayrılıb.

Gununsesi.org