Azərbaycanda nə qədər problemi kredit var? - MƏRKƏZİ BANK AÇIQLADI

  • Müəllif: admin
  • 04 Fevral 2019 10:37

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1,585 mlrd. manat təşkil edib.

Gununsesi.org  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1%, ötən il yanvarın 1-nə nisbətən isə 2,6% azdır.

Dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,2% təşkil edib. Bu nisbət noyabrın sonuna 13,4%, ötən ilin əvvəlinə isə 13,8% olub.