Azərbaycanda narkotikə görə həbs edilən şəxslər bəraət alıb

  • By admin
  • 23 Dekabr 2021 14:19

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Cəmil Əhmədov və Cəlal Quliyev bəraət alıb.

Bu barədə sayta vəkil Elvin Səlimov məlumat verib.

O bildirib ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxsə bəraət verilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, C.Əhmədov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

Ondan 1 kiloqram 150 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələri C.Əhmədova həmyerlisi C.Quliyev satıb. Həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Gununsesi.info