Azərbaycanda polis rəisi vəzifəsindən azad edildi - FOTO

  • By admin
  • 10 Mart 2023 12:10

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Gununsesi.info bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov vəzifəsindən azad olunub.

O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Gununsesi.info