Azərbaycanda qadın dəhşətli qəza törətdi: ƏRİ VƏ QIZI ÖLDÜ (RƏSMİ)

  • Müəllif: admin
  • 03 Oktyabr 2017 13:34
59d362b5b4fd8_1b5cdaa111e430f6eb04fe9597b93318
Daxili İşlər Nazirliyi dünən Şamaxıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. 
Gununsesi.info nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 2-də saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri – əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini – Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info