Azərbaycanda reanimasiyada olan xəstələrin sayı açıqlandı

  • By admin
  • 05 Avqust 2020 22:43

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün 7883 koronavirus testi edilib. Onlardan 193-ü pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 759 229-a çatıb.

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 255 nəfərdir. Onlardan 51 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

Hazırda ölkədə 3787 nəfər aktiv koronavirus xəstəsi var.

Gununsesi.info