Azərbaycanda son sutkada 143 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər vəfat edib

  • By admin
  • 09 May 2020 17:44

“İndiyə qədər 188 min 950 test icra olunub”.

Gununsesi.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib.

Bayramlı deyib ki, indiyə qədər ümumilikdə 2422 yoluxma faktı var: “31 nəfər vəfat edib”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, bu gün 7 min 420 test keçirilib: “143 yeni yoluxma var. Bu gün 3 nəfər vəfat edib. Ölənlər 1942 , 1956 və 1944-cü il təvəllüdlüdür”.

Gununsesi.org